Keşikçidağ məsələsi həll olunur: Sərhəd beynəlxalq hüquq çərçivəsində müəyyənləşdiriləcək

Politoloq: "Sərhəd müəyyənləşməyəndə Gürcüstan tərəfi müəyyən təxribatçı fikirlərlə fəallaşmağa başlayır"



Gürcüstan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı mövqelərini ifadə ediblər.
Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb.
19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.
Ekspertlərin görüşünü Sherg.az-a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, beynəlxalq hüquq nəyi diqtə edirsə, hər iki tərəf ondan çıxış edərək sərhədi müəyyənləşdirməyə çalışacaqlar.
Politoloqun sözlərinə görə, sərhədin çox az müəyyənləşməmiş hissəsi qalıb: “Gürcütsan tərəfinin Keşikçidağ məbədi ilə bağlı müəyyən iddiaları var. Fikrimcə, razılaşma yolu ilə və beynəlxalq hüquqa istinad edilərək bu məsələ həllini tapa bilər. Digər hissələr müəyyənləşəndən sonra problem aradan qalxacaq. Sadəcə olaraq prosesi bir az sürətləndirmək lazımdır. Çünki sərhəd müəyyənləşməyəndə Gürcüstan tərəfi müəyyən təxribatçı fikirlərlə fəallaşmağa başlayır. Düşünürəm ki, bunun qarşısını almaq üçün ekspertlərin görüşü nəticə verəcək. Ən geci ilin sonu və ya gələn ilin əvvəlində sərhədin tam hissəsi dəqiqləşməli və iki dövlət arasında müvafiq sənəd imzalanmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu