Rus və türk qırıcıları Suriyada üz-üzə gəldi - İnsident

Rusiyanın Su-35C qırıcıları ilə Türkiyənin F-16 hərbi təyyarələri Suriyanın hava məkanında qarşı-qarşıya gəliblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Əl Məsdər Nyus” televiziyası yayıb.

Məlumata görə, Rusiya təyyarələri Türkiyə qırıcılarının Suriya hava məkanını tərk etməyə məcbur ediblər. İki ölkənin qırıcılarının İdlib üzərində qarşı-qarşıya gəldikləri vurğulanıb.

Hələlik məsələ ilə bağlı heç bir rəsmi informasiya yayılmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu