Girovun bacısı: "Uzun müddətdir Şahbazdan məktub gəlmir"

“Qardaşımla bağlı yeni xəbər yoxdur”. Bu sözləri Sherg.az-a açıqlamasında Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib:

Onun sözlərinə görə, uzun müddətdir ki, qardaşı Ş.Quliyevdən heç bir məktub almırlar:

“Sadəcə 10 gün bundan qabaq Beynəlxalq Qızıl Xaç Kommitəsi (BQXK) bizə dedi ki, Şahbaza baş çəkmişik, vəziyyəti yaxşıdır. Başqa heç bir məlumatımız yoxdur. 1 ay öncə biz məktub göndərmişdik. Komitədən bildirdilər ki, məktub çatıb və hər şey normaldır”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu