İran Təhlükəsizlik Şurası: "Tehranın nüvə sazişini imzalaması səhv addım idi"


İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ölkəsinin nüvə sazişi imzalamasının səhv addım olduğunu deyib.

Bu barədə Ə.Şamxani NBC-yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, İranda bir çox insan bu razılaşmanın səhv addım olduğu qənaətindədir:

"Mən özüm də bu razılaşmanı yanlış hesab edənlər sırasındayam. Mən İran xalqının fikri ilə razıyam".

Katib İranın nüvə silahı axtarışında olmadığını da bildirib. O qeyd edib ki, İrana qarşı sanksiyalar danışıqlara hesablanmayıb:

"Bu, İranı təslim etmək üçün başladılan kampaniyadır".

Əli Şamxani əlavə edib ki, Birləşmiş Ştatlar ölkəsinə sanksiya tətbiq etsə də, ABŞ Prezidenti Donald Trampın siyasəti uğursuzluğa düçar olub:

"Çıxın, Tehran küçələrində gəzin və görün ki, xalqımız nə qədər enerjilidir".

Xatırladaq ki, Ə.Şamxani İranın ali dini lideri Seyid Əli Xamneyinin hərbi müşaviridir.

O, 2013-cü ildən İran Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, nüvə razılaşması 2015-ci ildə imzalanıb. Müqaviləyə İran, Fransa, Almaniya, Britaniya, ABŞ, Çin və Rusiya imza atıb. ABŞ isə 2018-ci ildə rəsmən müqavilədən çıxdığını bəyan edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu