Avtobusda sərnişinləri girov götürən güllələndi


Braziliyada Rio-Niteroy körpüsündə avtobusda sərnişinləri girov götürən silahlı şəxs polis snayperi tərəfindən güllələnib.
APA -nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, onun öldüyü ehtimal edilir, lakin məlumat hələ təsdiqlənməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında Rio de Janeyro şəhərində özünü hərbi polis kimi təqdim edən şəxs avtobus sərnişinlərini girov götürərək onları yandırmaqla hədələyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu