Qubada faciə: 10 yaşlı uşaq dəm qazından boğuldu


Quba rayonunda bədbəxt hadisə baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.
Babasıgilə qonaq gələn 2010-cu il təvəllüdlü, Bakı şəhər sakini Cəfərov Rəsul Ramiz oğlu hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu