Direktor: "Hirkan Milli Parkında yanğın 5 ha ərazini əhatə edir"


Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə cəlb edilən texnika və canlı qüvvənin sayı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov APA -nın cənub bürosuna açıqlamasında bildirib ki, yanğın Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayında qeydə alınıb: “Yanğın 10 ha sahənin daxilində talalar şəklində təxminən 5 ha ərazini əhatə edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 248 nəfər canlı qüvvəsi, amfibiya təyyarəsi və 2 helikopteri, eləcə də 21 texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumlarından cəlb olunan əməkdaşlar, o cümlədən yerli sakinlər cəlb edilib”.
A.Qaraşov həmçinin qeyd edib ki, yanğının söndürülməsi prosesində heç kim xəsarət almayıb: “Yanğın ərazisində “DT 75” traktorları şumlama işləri aparmaqla yanğını çərçivəyə alıblar. Milli Parkın ərazisi kənar təsirlərdən qorunduğuna və quru ot örtüyü, qurumuş ağaclar çox olduğuna görə yanğın yayıla bilib”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu