Azərbaycanda ana azyaşlı oğluna qarşı amansızlıq etdi - FOTO


Bakıda ana azyaşlı oğlunu evdə zəncirləyib.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA -ya bildirib ki, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub.Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.Yevlax şəhərində anadan olan, Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00-00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərzində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyən Ş.İsmayılova yay tətili ilə əlaqədar övladını Yevlaxdan Bakıya gətirərək bu addımı atdığını etiraf edib.Araşdırma zamanı Nəsimi rayon Polis İdarəsi İctimai təhlükəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq götürülüb və protokol tərtib olunub.Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu