Əncir ağacından yıxılan kişi öldü


Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb.APA -nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Çobankol kənd sakini, 36 yaşlı Elşad Arzuman oğlu Atayev bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.Qeyd edək ki, E. Atayev avqustun 15-i yaşadığı ünvanda əncir ağacından yıxılıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu