Qeyri-leqal miqrantlar Almaniyanı tərk edirlər


AFR hökumətinin vətənə könüllü qayıtmağa görə pul mükafatı proqramından təqribən 7 min qeyri-leqal miqrant istifadə etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər cari ilin birinci yarısına aiddir.
İmtina cavabı alan daha 11496 miqrant Almaniyadan deportasiya edilib. 2018-ci ilin eyni dövründə isə bu ölkədən 12261 qeyri-leqal immiqrant göndərilib.
4215 şəxs Dublin Paktı çərçivəsində Aİ-nin başqa ölkələrinə göndərilib. Pakta görə, miqrant sərhədini keçdiyi ilk Avropa İttifaqı ölkəsinə sığınacaq almaq xahişi ilə müraciət edə bilər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu