Azərbaycanın ən gənc tələbəsi bu universitetdə oxuyacaq


Bu il Azərbaycanda ali məktəbə daxil olan ən gənc tələbə Lənkəran Dövlət Universitetində (LDU) təhsil alacaq.
Lent.az xəbər verir ki, Lənkəran rayonunun Şilavar kənd sakini, 15 yaşlı Miryusif Feyzullazadə LDU-nun turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
M.Feyzullazadə avqustun 21-də LDU-da qeydiyyatdan keçib. Ölkənin ən gənc tələbəsini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da təbrik edib.
M.Feyzullazadə seçdiyi ixtisası gələcəyin peşəsi adlandıraraq, zəngin turizm potensialına malik cənub bölgəsində hazırkı durumda ixtisaslı turizm kadrlarına böyük ehtiyac duyulduğunu bildirib.
Qeyd edək ki, LDU tələbə qəbulu səviyyəsinə görə son illərdə ölkədə öncül yerlərdən birini tutur. Gənclərin seçimlərində LDU-ya üstünlük vermələri isə burada tədrisin səviyyəsinin yüksək olması, yeni ixtisasların açılması, modern yataqxananın inşa olunması, ən əsası isə, tədris prosesində şəffaf və obyektiv mühitin təmin edilməsidir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu