Kişi arvadını və qayınanasını döydü


Xəzər rayonunda döyülmə hadisəsi baş verib.

Oxu.Az-ın verdiyi xəbərə görə, Bakıda kişi həyat yoldaşını və qayınanasını döyərək xəsarət yetirib.

Belə ki, Buzovna qəsəbəsində kişi ailə münaqişəsi zəmnində həyat yoldaşı 1987-ci il təvəllüdlü Hacıyeva Xalidə Zabit qızı və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyərək xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu