Ruhani: "Bu raket kompleksimiz S-400 kimidir"

İranın Bavar-373 zenit raket kompleksi S-300-dən güclü, S-400-ə daha yaxındır.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani İran müdafiə sənayesi günü ilə əlaqədar çıxışı zamanı deyib.

Qeyd edək ki, Ruhani səhər saatlarında Bavar-373-ü təqdim edib.

Bavar-373 2017-ci ildə sınaqdan keçirilib. Kompleks Səyyad-4 raketləriylə təchiz edilib və İran tərəfinin iddiasına görə, o, müxtəlif hava hədəflərini, o cümlədən stels texnologiyalı təyyarələri 27 kilometr hündürlükdə və 200 kilometr məsafədə məhv etmək gücünə malikdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu