Həkim Fərman Ceyranlının şikayəti təmin edilmədi


Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş klinika rəhbəri, həkim Fərman Ceyranlının barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, şikayət təmin edilməyib, rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, F.Ceyranlı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə həbsli axtarış elan edilib. O, hazırda Gürcüstanda həbsdədir. 

F.Ceyralının adı Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işində hallanıb.

Ehtimal olunur ki, F.Ceyranlı və digər şəxslər insan orqanı alveri ittihamı üzrə axtarışa veriliblər.

V.Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Xatırladaq ki, Vahab Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu