İqtisadçı: "Seçmə kartofun 2 manata və daha baha satışa çıxarılması qeyri-adi hal deyil"

Baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov paytaxtın "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar. Baş nazirin müavini Əli Əhmədov bazarda süni qiymət artımından danışıb.

O, bildirib ki, bazarda satılan məhsulların qiyməti süni olaraq bahalaşdırılıb: "Qiymətləri endirmək lazımdır. Yayın ortasında iki manata kartof olmaz".

İqtisadçı Fuad İbrahimov “Şərq.az”a açıqlamasında bildirdi ki, ümumiyyətlə hazırda bazarlarda 0.55-0.90 qəpik arasında müxtəlif kartof sortları mövcuddur:

“Yaşıl bazaar”da 2 manata kartofun hansısa sahibkar tərəfindən satışa çıxarılması ümumi məhsul haqqında qiymət siyasətini formalaşdıra bilməz. İstənilən məhsulun qiymətinin bazarda müəyyənləşdirilməsi üçün bazar araşdırması metodologiyası mövcuddur. Bu metodologiya vasitəsi ilə məsələyə yanaşılsa qiymət haqqında şaiyələrə son qoyular. Eyni zamanda bazarda müəyyən sortda az sayda seçmə kartofun 2 manata və yaxud daha baha satışa çıxarılması da qeyri-adi hal kimi qəbul edilə bilməz. Ancaq bu pik qiyməti məhsulun bu günki tək qiyməti kimi işıqlandırılması qəbul edilməzdir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu