Şamaxıda baş verən yanğın söndürülüb - (YENİLƏNİB)


Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən saat 17:10-da söndürülüb.
Bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.
Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, avqustun 22-də nazirliyin "112" qaynar telefon xəttinə Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu