Çeçen erməni "qanuni oğru"nu Yerevanda öldürdü 


Çeçenistanın Qroznı şəhər sakini Yerevanda Andik Massivski, yaxud Ando Xromoy kimi tanınan "qanuni oğru" Andranik Arutyunyanı qətlə yetirib.
Bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Komitənin məlumatına əsasən, "qanuni oğru"nu Qroznının 32 yaşlı sakini öldürüb. O, iyunun 25-də Ermənistana gəlib və iyulun 3-ü saat 23:00 radələrində yaşayış binalarının birinin həyətində 45 yaşlı A.Arutyunyanı odlu silahla qətlə yetirib.
Rusiya vətəndaşı cinayət əməlini qanunsuz saxladığı tapança ilə törədib. Hazırda onun adı cinayət işində müttəhim qismində keçir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu