Yanğında FHN əməkdaşları zəhərləndi 

Bakıda Dərnəgül ərazisində yerləşən taxta bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) üç əməkdaşına yerində yardım edilib.

Daha üç nəfər (onlardan iki nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu