Tərtərdə qarətçi ev sahibinə qarşı elektroşoker tətbiq etdi


Tərtər rayonunda qarət məqsədi ilə evə girib ev sahibinə qarşı elektroşoker tətbiq edən şəxs saxlanılıb.

Virtualaz.org Daxili işlər nazirliyinin (DİN) Mətbuat xidmətnə istinadən xəbər verir ki, hadisə avqustun 13-də rayon ərazisindəki evlərdən birində baş verib.

Baş Cinayət Axtarışı İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ev sahibinə qarşı elektroşoker tətbiq edərək hadisə yerini tərk etməkdə şübhəli bilinən V.Quliyev saxlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu