Millət vəkili: "Böhran Ermənistanı uçuruma aparır"

“İşğalçı Ermənistan iqtisadi və siyasi cəhətdən böhran keçirməkdə davam edir. Bu böhran onu uçuruma aparır”. Bu sözləri Sherg.az-a deputat Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, işğalçı dövlətin heç bir potensialı yoxdur. Onun sözlərinə görə, Ermənistanın çıxış yolu işğalçı siyasətə son qoymaqdır.

“Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi bəyanat verməkdədir. O iddia edirdi ki, Dağlıq Qarabağ separatçıları danışıqlarda  tərəf kimi iştirak etməlidir. Amma aparıcı dövlətlər, beynəlxalq qurumlar və ATƏT-in Minsk qrupu tərəfindən ortaya qoyulan mövqe nəticəsində Paşinyan anladı ki, onun başqa çıxış yolu yoxdur. İndi isə işğal olunmuş ərazilərimizə qanunsuz səfəri zamanı münaqişənin sülh yolu ilə həllinə  Paşinyan bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Ona görə də, sülhə gəlməlidir”.


Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu