Quşla toqquşaraq qəzaya uğrayan təyyarələr: Faktlar və rəqəmlər - FOTOLAR

Son günlər "MİQ-29"un qəzaya uğramasina səbəb olan amillər-onun quşlarla toqquşma nəticəsində sıradan çıxması məsələsi ətrafında müxtəlif mülahizələr irəli sürülür. Kimi Azərbaycan Müdafiə Nazirliyinin bu  açıqlamasının gerçəkliyi əks etdirdiyini söyləyir, kimi isə bu açıqlamaya rişxəndlə yanaşıb faktı sosial mediada gülüş predmetinə çevirir. Məsələ ilə bağlı məlumat əldə etmək üçün Fransa saytlarında kiçik araşdırma apardıq və onlarla bu sayaq faktla rastlaşdıq.

Fransanın "20 minutes.fr" saytı yazır ki, 2015-ci ilin 19 avqust tarixində Sinqapura aid  SQ - 391 təyyarəsi quşla toqquşub və nəticədə təyyarənin motoru sıradan çıxıb. Bundan başqa Sinqapura aid daha bir SQ - 182 təyyarəsi də 2015-ci ilin 17 dekabrında quşla toqquşub və onun da motorunun biri funksiyasını itirib. 
Fr.vikipedia.com saytı alimlərin rəyinə əsasən yazır ki, analoji hadisələrin 65 faizində təyyarə sıradan cıxır. 
2000-ci ildə analoji toqquşma nəticəsində dünya ölkələrinə 1,2 milyard dollar ziyan dəyib.
Vitek.fr saytı da qeyd edir ki,  2018-ci ilin 22 avqustunda İsveçdə də təyyarə quşlarla toqquşub. Bu ölkədə  1990-2018-ci illər ərzində  400 belə hadisə baş verib. Həmin hadisələrin birində - 2017-ci ildə taylandlı pilot qəza nəticəsində dünyasını dəyişib.
Tohapi.fr saytı yazır ki, İngiltərədə 2016-cı ilin 12 martında quş təyyarənin burun hissəsi ilə toqquşub. Nəticədə təyyarə ağır qəzaya uğrayıb. Çünki təyyarənin burun hissəsi onun efirini fiziki və atmosferik amillərdən mühafizə edir. İngiltərədə 1990-2013-cü illər ərzində  62 təyyarə həmin səbəbdən qəzaya uğrayıb və bu ölkəyə 600 milyon dollar zərər dəyib.Abricocotier.fr saytı isə qeyd edir ki, ABŞ-da 1990-2018-ci illər ərzində 160 belə qəza baş verib. Sayt qeyd edir ki, Türkiyədə də bu sayaq hadisələr çox baş verib. Bunlar faktlar və rəqəmlərdir. Azərbaycanın MiQ-29 hərbi təyyarəsinin quşla toqquşmasına inanmayanlar bu faktlardan nəticə çıxarsalar yaxşı olar. 
Qeyd: Aşağıda yerləşdirdiyimiz fotolar adlarını qeyd etdiyimiz qəzalardan fotolardır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu