Paşinyanı etiraz aksiyası ilə qarşıladılar


Ermənistanın Cermuk kurort şəhərinin onlarla sakini bura səfər edən ölkənin Baş naziri Nikol Paşinyanı etiraz aksiyası ilə qarşılayıb.

Aksiya iştirakçıları Amulsar qızıl yatağının istismar edilməsinə qarşı etiraz ediblər.

N.Paşinyan etirazçıların yataqla bağlı mövqelərindən xəbəri olduğunu deyib. Bununla belə, o qeyd edib ki, məsələni diqqətlə öyrənmək lazımdır.

Bundan sonra kütlə "Mədənsiz Amulsar" deyə qışqırmağa başlayıb və Baş nazir oradan uzaqlaşıb. N.Paşinyan yerli sakinlərin evlərinə daxil olaraq onlarla ayrıca söhbət etməyə çalışsa da, bu istəyi baş tutmayıb. Nümayişçilər N.Paşinyanı addımbaaddım təqib ediblər.

Qeyd edək ki, sakinlərin iddiasına əsasən, Amulsar yatağı Göyçə gölünün ekoloji vəziyyətinə mənfi təsir göstərir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu