Şamaxıda yolu keçən 13 yaşlı oğlanı maşın vurdu


Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Mirikənd kəndi yaxınlığında qeydə alınıb.

Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü Rahib Rahim oğlu İsmayılov taksidən düşüb yolu keçərkən onu avtomobil vurub.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu