Çin türklərdən təcrübə obyekti kimi yararlanır 

Çin üçün Vətəndaş Gücü Təşəbbüsləri Təşkilatı Vaşinqtonda “Şərqi Türküstanda zorla çalışdırılan məhkumlar” mövzusunda panel təşkil edib. Axar.az xəbər verir ki, tədbirdə Çinin Şərqi Türküstanla bağlı tətbiq etdiyi siyasətin nəticələrini əks etdirən hesabat təqdim edilib. Tədbirdə çıxış edən təşkilatın sədr müavini Liançao Xan Çinin Şərqi Türküstanda müxalifləri cəzalandırmaq üçün çoxlu sayda işçi düşərgələri qurduğunu bildirib:

“Buna görə də lokal və beynəlxalq tekstil sektorunda böyük rol oynayan Sincan Çinin pambıq istehsalının 84%-ni verir. İstehsalatdakı bu yüksək səviyyə ən çox həbsxananın olduğu Şərqi Türküstanda minlərlə insanın uzun və çətin şərtlərdə çalışdırılması ilə birbaşa əlaqəlidir”.

Tədbirdə həmçinin bir müddət Şərqi Türküstandakı işçi düşərgələrində işləyən Tahir Hamut da çıxış edib. O bu bölgədə insanların pambıq tarlaları və kərpic zavodlarında qarınlarını tox saxlamaq üçün çalışdıqlarını bildirib:

“Mənim qaldığım yerdə 250 siyasi məhkum vardı. Yaşayış və çalışma şərtləri çox ağırdır. Yalnız bazar günü istirahət edə bilirsən. Ona görə də hər kəs xəstələnirdi. Üstəlik, biz bu işləri pulsuz görürdük”.

Konfransda həmçinin Uyğur İnsan Haqları Layihəsinin xarici əlaqələr üzrə direktoru Luiza Qrev isə deyib ki, bir çox Avropa və ABŞ tekstil firmaları aldıqları pambığın hansı şəraitdə istehsal edildiyini öyrəndikdən sonra onlarla ticarəti dayandırıblar. Amma çinlilər başqa ad altında yenidən ticarətə başlayırlar. O, Çinin hələ də uyğurlardan təcrübə obyekti kimi istifadə etdiyini söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu