Ermənistanda sabiq vilayət rəhbərinin oğlu hərbi xidmətdən yayınıb

Ermənistanın Sünik vilayətinin sabiq rəhbəri Surik Xaçatryanın kiçik oğlu Trdat Xaçatryan hərbi xidmətdən yayınmaqda ittiham edilir.  Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetk” nəşrinin yazılı sorğusuna cavabında İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsi bildirib

Trdat Xaçatryan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə rəsmi sənədi saxtalaşdırılma və ya digər aldatma yolu ilə müddətli hərbi xidmətdən yayınmaqda ittiham edilir. Hələ keçən ilin avqust ayının 10-da Trdat Xaçatryana qarşı kompleks məhkəmə tibbi, məhkəmə psixoloji, stasionar və hərbi tibbi komissiyanın ekspertizaları təyin edilib. 

Təyin edilən ekspertizaların nəticələrinə əsasən, Xaçatryanın hərbi xidmətdən qanuni yolla azad edildiyini demək olarmı, deyə verilən suala cavab olaraq, vurğulanıb ki, keçirilən kompleks ekspertiza rəyinin nəticələrinə görə, Xaçatryan hərbi xidmətə yararsız hesab olunub. Onun qanuni yolla azad edilib-edilmədiyinə gəldikdə isə, bunun cinayət işi üzrə yekun qərar verildikdən sonra məlum olacağına dair istintaq komitəsindən bildirilib.

Xaçatryan, təqsirləndirilən şəxs qismində ittiham edildikdən sonra, ondan yaşayış yerini tərk etməmək haqqında imza alınıb.

Xatırladaq ki, Surik Xaçatryanın böyük oğlu Tiqran Xaçatryan da sənəd saxtalaşdırılması və ya digər yolla hərbi xidmətdən yayınmaqda ittiham edilir. Ona qarşı axtarış elan olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu