Gürcüstanda meşə yanğını lokallaşdırılıb 


Gürcüstanda meşə yanğını lokallaşdırılıb.

Gürcüstanın Qori rayonunun Sakauri kəndi yaxınlığında baş vermiş meşə yanğını lokallaşdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səhər saatlarından sərhəd polisinin 3 helikopterinin də cəlb edildiyi yanğınsöndürmə işləri nəticəsində  meşə yanğınlarını lokallaşdırmaq mümkün olub.

Məlumata görə, hazırda yerlərdə açıq  ocaq yoxdur. Ayrı-ayrı sahələrdə  yanğınsöndürmə fəaliyyəti davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu