Sərxoş kişi yıxılıb yaralandı: Yaxınları axtarılır 


Bərdə rayonunda sərxoş vəziyyətdə evinə getmək istəyən şəxs yıxılaraq ağır xəsarət alıb

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. 

Şəxsiyyəti məlum olmayan orta yaşlı kişi sərxoş vəziyyətdə avtomobil yolunu keçmək istəyərkən yıxılıb.

O, təcili tibbi yardım avtomobili ilə kəllə-beyin travması ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onun kimliyi araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu