Elçin Bayramlı: "Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil, əsas verilən pulun məbləğidir"

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib. O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:
“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Mövzu ətrafında fikrilərini Sherg.az-la bölüşən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, ölkəmizdə hələ də müxalifətçiliyin fəlsəfəsi, funksiyası, fəaliyyət istiqamətləri düzgün dərk olunmur və ya bunlar həmişə qəsdən arxa plana atılır
Onun sözlərinə görə, ölkə daxilində xalqa cəmiyyətə arxalanmayan əhali tərəfdən dəstəklənməyən şəxslər öz marginal maraqları naminə hər cür çirkin əməllərə qoy qoyurlar:
“Düşünürlər ki, bu artistliklə həm xalqın tərəfində olduqlarını göstərib ictimai dəstək qazanacaqlar həm də xarici dairələrdən pul qoparacaqlar. Ölkə daxilində bu əməlləri törətməyə imkanları qalmayanda başqa yola əl atırlar. Məsələn hansısa aksiyada artistlik edib polislə güləşir və kənardan öz adamları vasitəsilə çəkilmiş şəkilləri xarici ölkələrə və təşkilatlara təqdim edir "siyasi təqibə məruz qalıram" deyib o ölkələrdən siyasi sığınacaq istəyirlər. Güman edirlər ki beləcə işləmədən müftə pul alıb kef içində yaşayacaqlar, hərdən çıxıb internetdə Azərbaycan əleyhinə ağzına gələni danışmaqla belə yaşayışı təmin edəcəklər. Bu məqsəd üçün o qədər irəli gedirlər ki nəinki ölkə hakimyyətini, xalqı, hətta biri-birilərini belə ən ağır küçə söyüşləri ilə təhqir edirlər. Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil bu erməni lobbisi olsa belə fərq etməz əsas verilən pulun məbləğidir. Artıq xalq bəzi Qərd dövlətlərindən və erməni lobbisi tərəfindən maliyyələşdirilən xarici təşkilatlar tərəfindən idarə olunan bu adamların kim olduqlarını və məqsədlərinin nə olduğunu yaxşı bilir və məhz buna görə də belə adamlara əhəmiyyət vermir. Azərbaycanla dövlətlə vətəndaş, prezidentlə xalq arasında möhkəm qarşılıqlı inam və bağlılıq var. Bu şəraitdə ölkəmizi cəmiyyətimizi heç bir qüvvə parçalaya bilməz. Ona görə də belə mənasız şəxslərə heç bir əhəmiyyət vermək lazım deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu