Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunan xatirə pulu buraxıldı


Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsinin rəhbərliyi tərəfindən Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı bürünc xatirə pulu buraxılıb.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə reallaşıb.

Xatirə pulunun ön tərəfində Nəsiminin fotosu həkk olunub və o “İmadəddin Nəsiminin doğumunun 650-ci ili” yazılıb.

Arxa tərəfdə isə “Türkiyə Cumhuriyyəti 2.5 lira” yazısı var.

Xatirə pulu Nəsiminin adının ədəbiləşdirilməsi məqsədilə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu