Yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verildi


Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahiroviç barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb

Vəkil Əli Hüseynovun Oxu.Az-a verdiyi xəbərə görə, məhkəmə təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.

Qeyd edək ki, A.Tahiroviçə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə beş il məntəqə tipli cəza verilmişdi.

Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahiroviçin  idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə X.Bağırzadə dünyasını dəyişib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu