Çeçenistanda Avropanın ən iri məscidi istifadəyə verildi

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məscidin açılış mərasimində dini ocağa Məhəmməd Peyğəmbərin adının veriləcəyini bildirib.

Axar.az xəbər verir ki, tədbirdə müsəlman ölkələrindən olan qonaqlar, RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov, Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov iştirak ediblər. Mərasim iştirakçılarının arasında, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də olub.

Rusiya Prezidenti Vladimir Putin mərasimə toplaşanlara təbrik teleqramı göndərib.

Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu