Şamaxıda avtomobilin vurduğu yeniyetmə ölüb


Dünən Şamaxıda baş verən qəzada yaralanan yeniyetmə xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu