İran da ABŞ rəsmilərinə sanksiya tətbiq edir


İran parlamentinin deputatları ABŞ dövlət rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı layihə hazırlayıb.

APA -nın Tehran bürosunun məlumatına görə, layihə ABŞ-ın İran rəsmilərinə qarşı sanksiyalarına cavab olaraq hazırlanıb.
Layihəyə İran əleyhinə uzun illər fəaliyyət göstərən bəzi rəsmilərin, o cümlədən ABŞ prezidenti Donald Trampın milli təhlüksizlik məsələləri üzrə müşaviri Con Bolton, ABŞ-ın xəzinədarlıq katibi Steven Mnuçin və Senator Ted Cruzun adları daxil edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu