Quba və Şamaxıda quru ot sahələri yanır


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-in yaydığı məlumata görə, yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. 

Bundan başqa, Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə də quru ot və kol-kos yanır.

Hazırda hər iki yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu