Niqmatulin: "20 il əvvəl Köçəryana dedim ki, Bakı ilə razılaş, o isə..."

2000-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Köçəryanı Metsamor AES-in son illərini yaşadığı ilə bağlı xəbərdar etmişdim.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a açıqlamasında Rusiyanın Atom Energetikası nazirinin eks-müavini (1998-2002) Bulat Niqmatulin deyib.

“Bu 18 il əvvəl baş vermişdi. Köçəryan o zaman dedi ki, Ermənistan AES-in bağlanmasına gedə bilməz, çünki ölkənin alternativ mənbələri yoxdur. Mən bütün qonşularıyla - Türkiyə və Azərbaycanla razılaşmağı təklif etdim. Köçəryan buna razı olmadı və mən ona birbaşa dedim ki, Ermənistanın qonşularıyla sülh əldə etmədən heç bir perspektivi yoxdur. Lakin prezident dedi ki, onlar müharibəni udublar. Mən ondan soruşdum ki, Ermənistan nəyə nail oldu? Azərbaycanın neftinin, dənizə çıxışının, insan resursunun, Türkiyə kimi müttəfiqinin olduğunu, zamanın onun xeyrinə işlədiyini söylədim. Köçəryan o zaman düşündü və qəzəblə bəyan etdi ki, ermənilərin taleyi düşmən mühasirəsində yaşamaqdan ibarətdir. Bu danışıqdan 20 il keçib. Azərbaycan inkişaf edir, əhalisi 7 milyondan 10 milyona çatıb, əhalinin rifahı yüksəlir. Mənim proqnozlarım özünü doğrultdu”, - deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu