Ərdoğan Rusiyaya təcili səfər edəcək

Çərşənbə axşamı, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər etmək niyyətindədir. AYNA Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Avqustun 27-də Prezident Rusiya Federasiyasına bir günlük səfər etməyi planlaşdırır". Məlumatda səfərin məqsədi və təfərrüatları göstərilməyib.

Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib ki, Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də keçiriləcək. O, danışıqların Moskvada aparılacağını bildirib.

Xatırladaq ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı olub. Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasında yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu