2020-ci ildə BKS-ə uçacaq kosmonavtların adları açıqlandı


Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində (KHM) 2020-ci ildə "Soyuz MS-17" və "Soyuz MS-18" kosmik gəmilərində Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək kosmonavtların adları açıqlanıb.
KHM saytının məlumatına əsasən, BKS-65/66-ın tərkibində Anatoli İvanişin və İvan Vaqner olacaq.
Sergey Rıjikov və Sergey Kud-Sverçkov onların dublyoru təyin edilib. İvanişin artıq iki dəfə kosmosda olub, Rıjikov bir kosmik uçuş edib, Vaqner və Kud-Sverçkov üçün isə bu, ilk kosmos səyahəti olacaq.
Ekspedisiyanın yola düşəcəyi dəqiq tarix hələlik açıqlanmır.
Qayda olaraq, "Soyuz" ekipajının üç üzvündən biri, adətən, əcnəbi olur. Lakin "Soyuz MS-17" və "Soyuz MS-18" ekipajına əlavə olunacaq daha iki kosmonavtın kimliyi barədə hələlik məlumat verilmir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu