Qusarda qarğıdalı oğruları saxlanıldı


Qusar rayonu ərazisindəki qarğıdalı sahəsindən 80 kisə qarğıdalı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də Yasab-oba kəndi ərazisindəki qarğıdalı sahəsindən 2 ton 500 kiloqram (80 kisə) qarğıdalı oğurlamaqda şübhəli bilinən kənd sakinləri U.Əzizov, V.Şahbazov, M.Xalıfayev, İ.Əlistanov və Hiloba kənd sakini M.Fətiyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu