II Elizabet Trampdan şikayətləndi: "Qazonumu dağıdıb"


Britaniya kraliçası II Elizabet Birləşmiş Ştatların prezidenti Donald Trampın Bukinhem sarayının qarşısındakı çəmənlikdə qazonu korlamağından şikayətlənib.
Bu barədə "Daily Mail" xəbər verir.
Nəşr qeyd edir ki, hadisə Trampın iyunun 3-5-də Britaniyaya səfəri zamanı baş verib.

Avstraliyanın Baş naziri Skott Morrisonla söhbəti zamanı II Elizabet Amerika liderinin helikopterinin düz sarayın qarşısında yerə endiyini vurğulayıb və əlavə edib ki, bu isə, öz növbəsində, qazonda izlər buraxıb.
“Hələ bir yaxın gəlib çəmənliyimə bax. O dağıdılıb”, - deyə II Elizabet Morrisonla söhbətində bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu