Azərbaycanda faciə: yas mərasimində ev uçdu, yaralılar var


İsmayıllı rayonunda ev uçub.APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu