Qaraçuxurda uşaq bağçasında yanğın


Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.

Oxu.Az xəbər verir ki, yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.

Belə ki, bağçanın həyətindəki ağaclardan bəziləri alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğını nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

Hadisə nəticəsində bağçanın binası və ətrafda olan obyektlər zərər görməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu