Rusiya Xəzərdə böyük təlimə start verdi: 8 mindən çox hərbçi cəlb edilib

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsində genişmiqyaslı komando-qərargah təlimi start götürüb.

Axar.az xəbər verir ki, bu məlumatı Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Məlumata görə, təlimdə 8200 nəfər hərbçi, 2500 hərbi texnika, 30 təyyarə, 60 vertolyot, 100 tank iştirak edəcək.

Təlimə Cənub Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Dvornikovun rəhbərlik edəcəyi vurğulanıb. Rusiyanın təlimlərə 8-ci, 49-cu və 58-ci ordularını, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrini, Qara dəniz və Xəzər dənizi donanmalarını cəlb edəcəyi bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu