Status-kvo dəyişməlidir: Hazırkı formatda Qarabağ danışıqlarının heç bir nəticəsi olmayacaq

"Ermənistan tərəfi nəticəsiz danışıqlarda maraqlıdır". Bunu “Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib

Növbəti görüşlə bağlı razılığı şərh edən ekspert vurğulayıb ki, Paşinyanın Qarabağda avanturist "miatsum" bəyanatından sonra danışıqları davam etdirmək mesajı verildi: 

“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəyini qeyd edib. Fikrimcə, erməni tərəfi bununla Azərbaycanın hərbi hərəkətliliyinin qarşısnı almağı planlayır. Rəsmi Bakı payız aylarında nəzərdə tutulan görüşə qatıla bilər, amma belə bir formatda aparılan müzkirələrdə heç bir nəticə olmayacaq. Ümumiyyətlə, ilin axırına kimi Qarabağ məsləsində hər hansı irəliləyiş gözlənilmir”. 

Siyasi şərhçinin sözlərinə görə, ABŞ tərəfi xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra növbəti danışıqlar haqda düşünmür

“Gələn il ABŞ-da seçkilər olacaq. Yəni Ağ Ev indiki dövrdə Qarabağ danışıqlarına vaxt sərf etməyəcək. Lakin bununla yanaşı Azərbaycana dəstəyini artıracaq. Vaşinqton yaxın aylarda ölkəmizlə bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirəcək. Hətta Amerika Azərbaycana silah satışını da reallaşdıra bilər”.

Analitik bildirib ki, Azərbaycan Ordusu Qarabağ istiqamətində işğalçıya təzyiqi daha da artırmalıdır

“Düşmənin hərbi kazarmaları, müdafiə istehkamları vurulmalıdır ki, rəsmi İrəvan işğal olunmuş ərazilərdə məskunlaşma siyasətindən geri çəkilsin və danışıqlarda real nəticələrə aparan prosesə qoşulsun. İndiki vəziyyət Ermənistana işğal olunmuş ərazilərdə mövqelərini möhkəmləndirməyə sərf edir. Ona görə də danışıqlara ciddi təsir edən proseslərə ehtiyac var”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu