Məşhur aktyor Leonid Brejnevi canlandıracaq


Fransız aktyor Jerar Depardye Sovet siyasi lideri Leonid Brejnevi canlandıracaq.
APA -nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, xorvat rejissor Lordan Zafranoviçin “Paris baharı” filmində rol alacaq. 1968-ci ildə Çexslovakiyada baş verən hadisələrdən bəhs edən ekran işi Praqa baharının lideri Aleksandr Dubçekə həsr olunub.
Filmin büdcəsi 11 milyon dollar təşkil edir. Ekran işinin dünya premyerası 2022-ci ilə planlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Depardyenin Lev Tolstoyu canlandıracağı barədə məlumat yayılmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu