Jurnalistə fiziki təzyiq göstərməkdə şübhəli bilinən şəxs saxlanıldı - RƏSMİ AÇIQLAMA 


Jurnalist Zülfüqar Xeyirxəbərə təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü Seymur Mustafazadə Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq, saxlanılıb.

Bu barədə Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb.
Faktla bağlı aparılan araşdırma zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir olunması səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu