Bakıda boya sexində baş verən güclü yanğın söndürüldü (YENİLƏNİB)

Bakı Nəqliyyat Agentliyi (BNA) Nərimanov rayonu ərazisində boya sexində yanğınla bağlı məlumat yayıb.

BNA-dan APA -ya verilən xəbərə görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş olunur.


12:42


Nərimanov rayonu ərazisində boya sexində baş verən yanğın hadisəsi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib. Agentliyin mətbuat xidməti xəbər verir ki, sürücülərə həmin istiqamətdə yollardan az istifadə etmək tövsiyə edir.

“Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələrini xahiş edirik”.

Bakı şəhərinin Nərimanov rayonunda sexdə başlayan güclü yanğın 250 kvadrat metrə yaxın ərazini əhatə edib.

Məlumata görə, Heydər Əliyev prospekti 133C ünvanında qeydə alınan hadisə "Metprof" MMC-də baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


11:58


Bakıda güclü yanğın başlayıb.
Hadisə Heydər Əliyev prospekti 103A ünvanında qeydə alınıb. Məlumata görə, yanğın sözügedən ərazidə yerləşən boya sexlərindən birindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, xəsarət alan yoxdur.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu