"Elə bildim, zarafat edirlər" - Dil bilməyən səudiyyəli ata səhvən 2 təyyarə aldı


Səudiyyə Ərəbistanlı ata uşaqlarına doğum günü sürprizi etmək məqsədilə internet üzərindən kiçik mühərrikli təyyarə sifariş etmək qərarına gəlib.Səudiyyə Ərəbistanı Krallığının enerji şirkətlərindən birinin sərmayəçisi olan, lakin adının çəkilməsini istəməyən ata dünyanın ən böyük aviaşirkətləridən olan “Airbus”un elektron səhifəsinə daxil olur.Səhifə ingilis dilində olduğundan və sərmayəçi atanın dili zəif bilməsi üzündən səhfən iki “Airbus A350-1000s” markalı təyyarə sifariş edib. Hətta buna görə hesabından 365 milyon dollarlın şirkətin balansına keçirilməsini də təsdiqləyir.Öz “səhv”indən söz açan ərəbistanlı ata yarı zarafat, yarı ciddi deyib ki, "Biraz bahalı idi, amma yenə də ürəyimcə idi".Aylar sonra şirkətdən təyyarələri kimlərin idarə edəcəyi ilə bağlı sorğu gəlir?" Elə maraqlısı da bu andan başlayıb. “Təyyarələri” ifadəsi atanı təəccübləndirib:“Məndən soruşdular ki, təyyarələri kimlər idarə edəcək. Əvvəlcə elə bildim zarafatdı. Sonradan hər şey bəlli oldu”.Sonda səhvini başa düşən ata özünü sındırmayaraq cavab verib ki, təyyarələrdən birini özü, digərini isə əmisi oğlu üçün sifariş verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu