Bakıda Əzizbəyovun yaddan çıxmış büstü: Qurumlar yiyə durmaq istəmir


Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 saylı orta məktəbin yanında Məşədi Əzizbəyovun büstü hələ də qalır.

Bir sıra sakinlər hesab edirlər ki, qatı bolşevik olmuş M.Əzizbəyovun büstünün təhsil müəssisəsinin yanında olması düzgün deyil.

Xatırladaq ki, bir neçə il paytaxtın Əzizbəyov rayonu Xəzər, "Məşədi Əzizbəyov" metro stansiyası "Koroğlu" adlandırılıb, M.Əzizbəyovun Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsindəki heykəli götürülüb.

Oxu.Az mövzu ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan həmin ərazidəki büstün Mədəniyyət Nazirliyinin tabeliyində olmadığı deyilib.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, M.Əzizbəyovun büstünün götürülməsi ilə bağlı hər hansı sərəncam yoxdur. Qeyd olunub ki, BŞİH yalnız icraedici orqandır, hər hansı qərar olarsa, büst ərazidən götürüləcək.

Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyindən isə saytımıza deyiblər ki, həmin büst yaddan çıxmış bir nümunədir:

"O büst yaddan çıxıb. Büst elə yerdədir ki, yoldan keçən adam orada büstün olduğunu görməz. Yəqin ki, büstü oradan götürəcəklər".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu