Flora Kərimova jurnalisti məhkəməyə verdi


Flora Kərimova Ülviyyə Niyaz qızını (Ülviyyə Alovlu) məhkəməyə verib.
Kərimovanın vəkili İlkin Ağazadənin Lent.az -a verdiyi məlumata görə, xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Alovlu Ülviyyə) qarşı xüsusi ittiham qaydasında verilən şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.
Məhkəmə iclası sentyabrın 2-də saat 17.00-da Binəqədi rayon Məhkəməsində hakim Əhəd Rzayevin sədrliyi ilə baş tutacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu