Azərbaycanda bankomatların sayı artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ATM-lərinin sayı son bir ildə 112 ədəd və ya 4,5% artaraq 2 582-ə çatıb.

“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, iyulun 31-nə ölkədəki bankların filiallarının sayı 3 vahid artaraq 514-ə çatıb, şöbələrinin sayı isə 15 vahid azalaraq 128-ə enib.

İyulun sonuna kommersiya banklarında çalışan işçilərin sayı son bir ildə 1 559 nəfər və ya 9,2% artaraq 18 434-ə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu